Bakıda DƏHŞƏTLİ ANLAR: “Kamaz” avtobusa çırpıldı - 1 ölü, 19 yaralı - FOTO/VİDEO (YENİLƏNDİ)

Baxış sayı: 
93

 
Bakının Qaradağ rayonunda yük maşınının sərnişin avtobusu ilə toqquşması nəticəsində 1 nəfər ölüb, 19 nəfər xəsarət alıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev bildirib.
Qurum rəsmisi bildirib ki, hadisə nəticəsində xəsarətlərlə bağlı 19 nəfər müraciət edib: "Təcili tibbi yardım briqadaları və tibb müəssisələri tərəfindən göstərilən yardımdan sonra 13 nəfər evə buraxılıb. Hazırda 6 nəfər xəstəxanalarda müalicəsini davam etdirir. Hadisəni törədən yük avtomobilinin sürücüsü də xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb".
Xatırladaq ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
"90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb. (trend)
***
Bu gün səhər saatlarında Bakı-Ələt magistral yolunda baş verən qəza nəticəsində 1 nəfər ölüb, 15 nəfər xəsarət alıb.
Bu barədə Publika.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.
Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 8 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
“4 nəfərə isə yerindəcə yardım göstərilib evə buraxılıb. 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib. 1 nəfər isə qəzadan dərhal sonra dünyasını dəyişib”.
P .Əbubəkirov bildirib ki, qəza nəticəsində xəsarət alanlar əsasən travma alıblar.
“Hazırda yaralıların yerləşdirildiyi xəstəxanaların hamısında xəstələrə yardım göstərilir”.
 
***
Bakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.
Publika.az xəbər verir ki, 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.
İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.
Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.
***
Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı 90 OJ 802 dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.
Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.
Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.
***
Qaradağ rayonunda ağır yol qəzası baş verib.
Yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb.
Ölən və xəsarət alanların olduğu bildirilir.
Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməldaşları hadisə yerində arşadırma aparır. (apa)

Загрузка...
Загрузка...