Bakıda DƏHŞƏT: hamilə həyat yoldaşını...

Baxış sayı: 
68
1  
0  

Bakının Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.
 
Üç aylıq hamilə olan 1988-ci il təvəllüdlü Maştağa qəsəbə sakini Məmmədova Günay ailə münaqişəsi zəminində həyat yoldaşı tərəfindən bıçaqlanıb.
 
Yaralı "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilərək, həkim nəzarətinə götürülüb. Üzərində 17 ədəd kəsilmiş-deşilmiş yara aşkar edilən qadın cərrahi əməliyyat olunub. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib.
 
G.Məmmədovanın həyat yoldaşı onun doğma əmisi oğludur. Cütlüyün 3 övladı var.
 
Faktla bağlı araşdırma aparılır (Report).

Загрузка...
Загрузка...