Bakıda dəhşət: Gənc oğlan ürəyindən vuruldu.

Baxış sayı: 
108
0  
0  

Bakının Nəsimi rayonunda dəhşətli qətl hadisəsi baş verib.

Turaninfo.org xəbər verir ki, hadisə rayonun 3-cü mikrorayon ərazisində qeydə alınıb.

Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü Rəşad Əliyev həmin ərazidə naməlum şəxslə mübahisə edib.

Mübahisə zamanı həmin şəxs Rəşad Əliyevi ürək nahiyəsindən bıçaqla vurub. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəə çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Prokurorluq əməkdaşları hadisə yerini müayinə ediblər.

Polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb.

Hazırda cinayəti törədən şəxsin müəyyən edilərək həbs edilməsi istiqamətində tədbirlər görülür.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Загрузка...
Загрузка...