Bakıda DƏHŞƏT: 2 nəfər maşının altında qalıb öldü - YENİLƏNDİ

Baxış sayı: 
19
1  
0  

Daxili İşlər Nazirliyi Bakıda baş verən ağır yol qəzaları ilə bağlı məlumat yayıb.
 
Publika.az nazirliyin mətbuat xidmətinə sitinadən xəbər verir ki, sentyabrın 11-də saat 18 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində Bakı şəhər sakini A.İsmayılov idarə etdiyi “Fiat” markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Həmin şəxs xəstəxanaya aparılarkən yolda ölüb.
 
Sentyabrın 11-də saat 8 radələrində isə Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini E.Vəliyev idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən paytaxt sakini Pərvanə Şahbazovanı vurub. Qadın xəstəxanaya aparılarkən yolda ölüb
 
Hər iki hadisə ilə bağlı araşdırma aparılır.
 
****
 
09:24
 
Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları olub.
 
Publika.az xəbər verir ki, ötən gecə Nərimanov rayonu Ziya Bünyadov prospektində avtomobil 55-60 yaşlı qadını vurub. Ağır xəsarət alan qadın hadisə yerində vəfat edib.
 
Oxşar hadisə Xəzər rayonunda da qeydə alınıb. Avtomobil 50-55 yaşlı kişini vurub. Piyadanın həyatını xilas etmək mümkün olmayıb.
 
Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 
Nizam

Загрузка...
Загрузка...