Bakıda ədədi 30 manata meyvə satılır

Baxış sayı: 
126
1  
0  

Bakıda kiloqramı 130 manata gilas satılır.
 
Axar.az xəbər verir ki, ekzotik meyvələrin satışını həyata keçirən "Ekzobutik” mağazasından reportaj təqdim edən “Kaspi” qəzeti paytaxtda satılan ən bahalı meyvələrin adlarını açıqlayıb.
 
Belə ki, mağazada kilosu 130 manata Peru gilası, 48 manata cekfrut, 50 manata durian, 60 manata qoci giləmeyvəsi, 75 manata quanabana meyvəsi satılır.
 
Hətta qramla, ədədlə təklif edilən meyvələr də var.
 
İndoneziyadan gətirilən blueberrinin 130 qramı 10 manatdır. Pekan qozunun 100 qramı 4,5 manata, eyni çəkidə makadamia fındığı isə 4,7 manata təklif edilir.
 
Ədədlə satışda isə kinq manqo (Günəşin yumurtası) 30 manat, avokado saymon prem 18 manat, qranadilia 8,5 manat, manqostin 4 manat, rambutan isə 3 manatdır.

Загрузка...
Загрузка...