Bakıda daha bir avtobus qəzası - YARALANANLAR VAR

Baxış sayı: 
45
1  
0  

Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Turaninfo.org Trend-ə istinadən xəbər verir ki, hadisə aeroport yolunun Xəzər rayonu ərazisindən keçən hissəsində baş verib.

Binə qəsəbəsindən hava limanı istiqamətində 136 saylı xətt marşrutu üzrə hərəkətdə olan "DAEWO" markalı avtobusla eyni istiqamətdə olan "Opel" markalı minik avtomobili toqquşub.

Hadisə nəticəsində avtobusun sərnişinləri-1988-ci il təvəllüdlü Mirzəcanova Nigar Hüseynağa qızı, qadının 2 yaşlı oğlu Mirzəcanlı Ayaz Elgün oğlu və "Opel" markalı avtomobildə olan 1999-cu il təvəllüdlü Haşımova Aydan Haşım qızı bədənin müxtəlif dərəcəli xəsarətləri ilə 3 saylı şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Xəstəxanadan Trend-ə verilən məlumata görə, hazırda yaralıların vəziyyəti sabitdir. Yaralılardan N.Mirzəcanovanın burun sümüyü sınıb, A.Mirzəcanlı sifət nahiyəsindən xəsarət alıb, A.Haşımovanın isə döş qəfəsi əzilib.

Загрузка...
Загрузка...