Bakıda çoxmərtəbəli bina yanır - VİDEO (YENİLƏNDİ)

Baxış sayı: 
33
1  
0  

Yasamal rayonunda İsmayıl bəy Qutqaşınlı küçəsi, 36 saylı binada yerləşən yaşayış binasında baş vermiş yanğında 17 sakin təxliyə olunub.
 
Bunu Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəis müavini Elçin Sadıqov bildirib. Onun sözlərinə görə, artıq bina sakinləri öz mənzillərinə geri dönüblər:
 
"Yanğın səhər saat 10:57-də qeydə alınıb. Alov 16 mərtəbəli binanın 13-16-cı mərtəbələrində giriş bloklarındakı elektrik kabellərində qeydə alınıb. Hadisə yerinə cəlb olunan əməkdaşlarımız dərhal bina sakinlərini təxliyə edərək alovun qarşısını alıblar. Xoşbəxtlikdən yanğında xəsarət alan olmayıb".
 
Rəis müavini əlavə edib ki, digər aşağı mərtəbələrdə də qismən yanğın qeydə alınıb. (trend)
 
***
 
12:00
 
Bakıda çoxmərtəbəli yaşayış binası yanır.
 
Publika.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 13-14-cü mərtəbələri arasında elektrik kabellərində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Hadisə yerinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyyə edilib. Hazırda yanğının söndürülməsi üzrə işlər davam etdirilir.
 
Əlavə məlumat veriləcək.
 

Загрузка...
Загрузка...