Bakıda böyük özbək aliminin yubileyi keçirilir: onun hazırladığı "Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi - FOTOLAR

Baxış sayı: 
38
2  
0  

 
Beynəlxalq Mətbuat Mərkəzində Özbəkistan-Azərbaycan arasında ədəbi əlaqələrin dərinləşməsi, tərcüməçilik fəaliyyəti, türk dünyası ölkələri arasında dostluq əlaqələrinin möhkəmlənməsində xidmətləri göstərmiş Babaxan Şərifin 70 illik yubileyi və “Özbək-Azərbaycan” lüğətinin təqdimat mərasimi keçirilir.
 
Musavat.com xəbər verir ki, tədbirin təşkilatçısı Mətbuat Şurası ilə Kaspi qəzetidir.
 
Tədbiri giriş sözü ilə "Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev açdı: "Bu gün iki gözəl səbəb üçün yığışmışıq. Babaxan müəllimi yubiley münasibətilə təbrik edirik".
 
Sonra söz "Kaspi" Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, "Kaspi" qəzetininin təsisçisi Sona Vəliyevaya verildi. O, yubilyarı təbrik etdi və keçdiyi ömür yolundan danışdı:" Babaxan müəllim ömrünü millətinə sərf etdi. 1993 -cü ildə türk özbək türkcəsi 3 dəfə nəşr olunub. Türk xalqları arasında bu kitab ünsiyyət üçün mühüm rol oynayıb. Onun yaşında burada iştirak edənlər var. Demək, şəxsi dostluq əlaqələri yaranıbsa, yeni nəsil yaşıdınız arasında ünsiyyətdə körpü rolunu oynayırsız. Onun fəaliyyəti özbək xalqını sevindirsiyi kimi bizi də sevindirir. Özbəkistana bir qardaş evinə üz tutacağımız insan var. Sizin tərcümələriniz həm özbək, həm də Azərbaycan ədəbiyyatına xidmətinizdir. Sizin fəaliyyətiniz çox dəyərlidir. Özbəkistandan burada təhsil alanlar var. Biz istəyirik ki, gələcəkdə də fəaliyyətinizi genişləndirəsiz. Bizim Özbəkistana səfərimiz var. Bu dostluğun yaranmasında Samir bəyin də mühüm rolu var. O da burada iştirak edir. Sizə təşəkkür edirik. Bu lüğətin ərsəyə gəlməsində sizin də böyük rolunuz var. Babaxan bəy, sizə cansağlığı arzulayıram".
 
Daha sonra Sona Vəliyeva "Kaspi" qəzetinin hədiyyəsini Babaxan Şərifə təqdim etdi.
 
Mətbuat Şurasının idarə heyətinin üzvü Ümid Rəhimoğlu çıxışında bunları dedi: "Kaspi qəzetinin bu tədbirin təşkil edilməsində, eləcə də, dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var. Özbəkistanda belə tədbirlərin keçirilməsi üçün şükürlər olsun ki, indi böyük imkanlar yaranıb. Bu imkanlardan istifadə edib, daha geniş tədbirlər təşkil edə bilərik, imkanlarımızı genişləndirərik".
 
O, Mətbuat Şurasının hədiyyəsini yubilyara təqdim etdi.
 
Millət vəkili Qənirə Paşayeva çıxışında yaxın günlərdə Özbəkistana olan səfərindən söz açdı: "Dəyərli ustad Babaxan müəllim, öz vətəninizdən öz vətəninizə gəlmisiniz. İki qardaş ölkənin şəxsiyyətlərindən birinin yubileyini burada qeyd etməkdən məmnunuq. Yadımdadır, Özbəkistana səfərimizdə onun evinə yığışmışıq. Orada bir söz dedi ki, özümünkü bura gəlib. Sizin yubileyinizi burada qeyd etməkdən qürur duyuruq. Babaxan müəllim iki ölkə arasındakı əlaqələrdə mühüm rol oynayan şəxsiyyətdir. İnşallah, sizin yubileyinizi ali baş komandanın rəhbərliyi ilə Qarabağda qeyd edərik. Xasiyyət Rüstəmin də dostluq əlaqələrinin möhkəmlənməsində böyük rolu var. Ona da təşəkkür edirik. Çox türk respublikasında olmuşuq. Türkiyədəki sevgini ən çox Özbəkistanda görmüşük. Daha çox çalışmalıyıq ki, gənc nəsillərimiz bir-birini tanısın. Buna çox böyük ehtiyac var. Çox insanlarımız xaricə gedir. İnanın ki, Özbəkistan daha çox görülməli olan ölkədir. Çox gözəldir. Samir bəy iki ölkə arasında çox böyük layihələr həyata keçirib. Biz bu layihələri genişləndirilməyik. Daha çox çalışmalıyıq. Buna böyük imkanlarımız var. İnanıram ki, Azərbaycan-Özbəkistan münasibətləri bundan sonra daha da inkişaf edəcək. Belə əlaqələrin qurulmasında sizin rolunuz danılmazdır. Bunun üçün sizə təşəkkür edirik".
 
Adı daha çox çəkilən Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin (Daşkənd) rəhbəri Samir Abbasa söz verildi:" Bu tədbirə görə Kaspi qəzetinə təşəkkür edirəm. Bu çox böyük hadisədir. Babaxan Şərifin yubileyini qeyd edirik, özü də onun öz vətənində. O elə bir şəxsiyyətdir ki, saatlarla danışmaq olar. Bu kitab tarixdə ilk layihədir. Babaxan müəllim bu kitabın Özbəkistan tərəfdən təşkil edənlərdən biridir. Dostluq əlaqələrinə töhfə verən bütün təşkilatlara, insanlara təşəkkür edirəm. Özbəkistan bizə çox yaxın ölkədir. Bu ölkə ilə əlaqələrimiz inkşaf edir. Bu ölkə tarixə böyük şəxsiyyətlər bəxş edib. Əməkdaşlığımız daha da inkişaf etməlidir".
 
Ardınca Samir bəy mərkəzin diplomunu Babaxan Şərifə təqdim etdi.
 
Özbəkistandan gələn Şöhrət Barlas çıxışında bunları dedi:" Qənirə xanımın bu dostluq əlaqələrində böyük rolu var. Hər kəsə minnətdaram. Qənirə xanım, bu sevgi əbədi olmalıdır. Ənənələrimizi qorumaq lazımdır. Babaxan müəllim, yubileyiniz mübarək".
 
Yazıçı-publisist-dramaturq Yunus Oğuz çıxışına belə başladı: "Biz özbək sevdalısıyıq. Babaxan müəllim təbrik edirəm. Bu əlaqələrimiz davam edəcək".
 
Ramiz Əsgər çıxışında iki ölkənin qüdrətindən söz açdı:" Özbəkistan Mərkəzi Asiyanın ürəyidir. Son dərəcə böyük ölkədir. Orada olan mədəniyyət heç yerdə yoxdur. Bu xalq, bu mədəniyyət bizə çox əzizdir. 40 milyona yaxın özbək var. Babaxan müəllim dostumdur. O böyük alimdir, gözəl dostdur. Onun türkçü olan çox gözəl övladları var. Dəyərli adamdır.
Azərbaycan-Özbəkistan mədəni əlaqələri ən yüksək səviyyədədir. Yaxın günlərdə Özbəkistan prezidenti ölkəmizə səfər edəcək. Bu əlaqələr daha da güclənəcək. Babaxan müəllim, gerçəkdən çox dəyərli insansan. Təbrik edirəm".
 
Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid: "Babaxan müəllim, 2014-cü ildən tanıyıram. İlk tanışlığımızdan nikbin insan kimi tanıdım. Dostuq. Bir insan sevgisi, düşüncəsi ilə hər kəsə təsir edir. Sizi təbrik edirəm".
 
Filologiya elmləri namizədi Fazil Güney də çıxış edərək, hədiyyəsini səbəbkara təqdim etdi.
 
Sonda yubilyar çıxış etdi: "Dəyərli dostlar, qardaşlar təşəkkür edirəm. Özbəkistan yeni mərhələdir. Cümhurbaşqanımız böyük işlər görür. Biz qardaşıq. Qardaşlar arasında dava çıxa bilər, amma sevgi daim qalır. Anamızın-atamızım bir olduğunu anlamamız lazımdır. Özbəkistan-Azərbaycan arasında heç zaman sorun yaşanmayıb. Azərbaycana gələn qardaşlarımız ölkəmizə olan sevgini görür. Hər birinizə minnətdaram. Sizin sevginizdən sonra 70 deyil, 18 yaş oldum. Qəlbimdəki duyğularımı sözlə ifadə etmək çətindir. Azərbaycan, Özbəkistan, bütün türk dünyası var olsun. Sizinlə görüşməyi mənə nəsib etdiyi üçün Allahıma şükürlər olsun".
 
Çıxışının sonunda yubilyar U.Rəhimoğluna ölkəsinin milli geyimini təqdim etdi
 
Cavanşir ABBASLI

Загрузка...
Загрузка...