Bakıda BƏDBƏXT HADİSƏ: fəhlə 12-ci mərtəbədən yıxılaraq öldü

Baxış sayı: 
33
1  
0  

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Turaninfo.org xəbər verir ki, Xətai rayonu ərazisində - Zığ yolu küçəsi 8 ünvanında tikilən 20 mərtəbəli “Skyland” yaşayış binasında işləyən fəhlə hümdürlükdən yıxılıb. Belə ki, 12-ci mərtəbədə yük boşaldılması zamanı müvazinətini itirən 1963-cü il təvəllüdlü Süleymanov İlham Həsən oğlu yıxılaraq 3-cü mərtəbədəki meydançanın üstünə düşüb. O, hadisə yerindəcə keçinib.

Faktla bağlı Xətai rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır./publika.az/

Загрузка...
Загрузка...