Bakıda bacısını öldürən məmur oğlu polisə təslim oldu

Baxış sayı: 
106
1  
0  

 
Xəbər verdiyimiz kimi, Xəzər rayon İcra Hakimiyyəti başçısının Türkan qəsəbəsi üzrə nümayəndəsi Rahil Babayevin ailəsində dəhşətli faciə yaşanıb.
 
Nümayəndənin oğlu, 1996-cı il təvəllüdlü Məhəmməd Babayev bacısı, 1991-ci il təvəllüdlü Aydan Babayevanı odlu silahdan atəş açaraq öldürüb.
 
Musavat.com xəbər verir ki, M. Babayev daha sonra könüllü şəkildə gəlib polisə təslim olub.
 
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
 
Musavat.com

Загрузка...
Загрузка...