Bakıda avtomobil yolda qazılmış çuxura düşüb "YOX OLDU" - FOTO

Baxış sayı: 
116
1  
0  

Bakı şəhərinin Nizami rayonu ərazisində - Babək prospektində minik avtomobili yolda qazılmış çuxura düşüb.
 
Publika.az xəbər verir ki, xoşagəlməz hadisə fevralın 1-nə keçən gecə baş verib.
 
"Mercedes" markalı minik avtomobili sürücünün diqqətsizliyi nəticəsində yolun hərəkət hissəsində qazılmış quyuya düşüb.
 
Nəticədə avtomobil tamamilə yarasız hala düşüb.
 
Maşının quyudan çıxarılması üçün əraziyə kran cəlb edilib.
 
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, Babək prospektində yol çökməyib: “Prospektin köməkçi yolunda magistral su kəmərində qəza baş verib və qəzanı aradan qaldırmaq üçün aidiyyəti qurum tərəfindən qazıntı işləri aparılır”.
 
Muxtar

Загрузка...
Загрузка...