Bakıda apteklərdə maska 25 manata satılır – Foto, Video

Baxış sayı: 
54
2  
1  

Çində koronavirus qeydə alınandan sonra dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da qoruyucu tibbi maskalara tələbat artdı. İranda bu virusun peyda olmasından sonra isə ölkəmizdəki apteklərdə demək olar ki, tibbi maska böhranı yaşanmağa başladı.

 

Bizimyol.info xəbər verir ki, paytaxtın Abbasqulu Ağa Bakıxanov küçəsilə Azadlıq prospektinin kəsişməsində fəaliyyət göstərən “Depo” aptekdə tibbi maskalar 12 və 25 manata satılır.

Apteklərdə maska 25 manata satılır –Video

Xatırladaq ki, bu ayın əvvəlində Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən ölkə ərazisində son günlər tibbi maskalara artan tələbatdan sui-istifadə edərək bu ləvazimatların real dəyərindən dəfələrlə baha qiymətə satışını həyata keçirməyə cəhd edən, habelə qaçaqmalçılıq yolu ilə ölkə hüdudlarından kənara çıxarmağa çalışan şəxslərə qarşı kompleks əməliyyat tədbirləri həyata keçirilib. Tədbir zamanı yaranmış vəziyyətdən sui-istifadə edərək qanunsuz yolla gəlirlərini artırmaq istəyən, ayrı-ayrılıqda fəaliyyət göstərən, içərilərində xarici ölkə vətəndaşları da olan bir neçə dəstə ifşa edilib və onların hər bir üzvü saxlanılıb.

Qeyd ki, Baş Naziri Əli Əsədov bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən çıxarılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında qərar imzalayıb. Qərarda qeyd edilib ki, əsasən yeni koronavirus xəstəliyinin (COVID-2019) dünyada geniş yayılması ilə əlaqədar olaraq ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılması hallarına qadağa qoyulsun. Belə halda ölkəmizdə kifayət qədər ehtiyat tibbi maskaların olduğuna, həmin maskaların möhtəkirlər tərəfindən anbarlarda saxlanılmasına əsaslı şübhələr yaranır.

 

 

Загрузка...
Загрузка...