Bakıda ana ilə qızı dəhşətlə ÜZ-ÜZƏ QALDI VƏ... - AĞLAGƏLMƏZ HADİSƏ

Baxış sayı: 
88
1  
0  

Bakıda ana və qızı yaşadığı mənzildə halsız vəziyyətdə aşkar edilib.
 
Publika.az xəbər verir ki, ötən gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xətai rayonunda 2 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə müraciət daxil olub. Bildirilib ki, həmin evdə yaşayan 1934-cü il təvəllüdlü Əliyeva Minel Fərhad qızı və 1958-ci il təvəllüdlü Əliyeva Elmira Hafiz qızı çağırışlarıa və telefon zənglərinə cavab vermir.
 
Çağırış ünvanına cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və vətəndaşlar halsız vəziyyətdə aşkar edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.
 
İlkin araşdırma zamanı məlum olub ki, 85 yaşlı M.Əliyeva yataq xəstəsidir. Onun qızı Elmira isə dünən gündüz saatlarında evdə yıxılıb və hərəkətsiz vəziyyətdə qalıb. Hər iki şəxsə tibbi yardım göstərilib.
 
 

Загрузка...
Загрузка...