Bakıda 65 yaşlı qadına qarşı dəhşətli əməl – Təfərrüat

Baxış sayı: 
80
1  
0  

 
Bakıda qadına qarşı quldurluqda təqsirləndirilən Səadət Əsgərzadə və Qorxmaz Rzayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
İş araşdırılması üçün hakim Azad Məcidovun icraatına verilib.
 
Yaxın günlərdə məhkəmə başlanacaq.
 
İttihama görə, hadisə bu il yanvar ayında Nəsimi rayonu ərazisində baş verib.
 
Naməlum şəxs 65 yaşlı Nərgiz Cəfərovanın evinə girərək, qadının əllərini kəndirlə bağlayıb, ağzını isə əl dəsmalı ilə tıxayıb.
 
Daha sonra Nərgiz Cəfərovaya məxsus 500 manat dəyərində qızıl sırğalar, 120 manatlıq gümüş üzük və mobil telefonu götürərək evi tərk edib.
 
Ağzına dəsmal tıxanmış qadın qonşuları tərəfindən tapılıb.
 
Polisin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Qorxmaz Rzayev və cinayətin iştirakçısı Səadət Əsgərzadə saxlanılaraq istintaqa cəlb ediliblər.
 
Istintaq orqanı tərəfindən onların barəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək), 181.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan olunub.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...