Bakıda 29 yaşlı oğlandan bacısına və tanışına dəhşətli əməl - Təfərrüat

Baxış sayı: 
31
2  
0  

 
Bakıda qonşusunu qəsdən vuraraq qətlə yetirməkdə təqsirləndirilən Murad Baxşıyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Teleqraf.com xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.
 
Yaxın günlərdə bu cinayət işi üzrə məhkəmə başlanacaq.
 
Qeyd edək ki, hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.
 
29 yaşlı Murad Baxşıyev mübahisə zamanı idarə etdiyi "VAZ 2107" markalı avtomobillə tanışı və qonşusu 1988-ci il təvəllüdlü Rəşad Əliyevi qəsdən vuraraq qətlə yetirib.
 
Hadisə zamanı ölən şəxsin yanında Murad Baxşalıyevin bacısı Vüsalə Baxşalıyeva da orada olub və o da xəsarət alıb.
 
Vüsalə Baxalıyeva ailəli olub və sontradan ailəsindən ayrılıb, hazırda təkbaşına üç uşaq böyüdür.
 
Məlumata görə, Murad Baxşiyev bacısını Rəşad Əliyevin yanında gördüyünə görə hiddətlənib və bu səbəbdən onu idarə etdiyi maşınla vurub.
 
İstintaq orqanı tərəfindən Murad Baxşıyevin barəsində Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
 
Müəllif: Hacı Zeynalov

Загрузка...
Загрузка...