​Bakı və daha 5 şəhər AVRO 2021-ə razılaşdı

Baxış sayı: 
153
2  
0  

AVRO-2020-nin final mərhələsinin oyunlarına ev sahibliyi etməli olan şəhərlərdən bəzilər 2021-ci ilə təxirə salınan yarışla bağlı niyyətlərini açıqlayıb.
 
Publika.az xəbər verir ki, 6 şəhər turniri bir ildən sonra da qəbul etməyə hazır olduğunu təsdiqləyib.
 
Bunlar Bakı ilə yanaşı, Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), Dublin (İrlandiya), London (İngiltərə) və Münhendir (Almaniya).
 
Digər 6 təşkilatçı şəhər isə koronavirus pandemiyası üzündən bir il sonraya təxirə düşən çempionatı təşkil etmək niyyətindən dönmədiyini aprelin 30-dək təsdiqləməlidir.
 
Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) da qərarını açıqlamağa tələsmir.
 
12 şəhərdə keçirilməli olan AVRO-2020-nin final mərhələsi 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.

Загрузка...
Загрузка...