​Bakı metrosunda gediş haqqı artacaq? (AÇIQLAMA)

Baxış sayı: 
62
3  
0  

Yaxın vaxtlarda Bakı metrosunda qiymət artımı gözlənilmir.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin baş mühəndisi Əlixan Osmanov açıqlama verib.
 
Qurum rəsmisi bildirib ki, hazırda Bakı metrosu MDB-də ən ucuz metrodur: "Sərnişinlərin daşınmasından əldə olunan gəlir xərcin yalnız 60%-ni qarşılayır. Bununla belə, qiymət artımı gözlənilmir".
 
Əlixan Osmanovun sözlərinə görə, Bakı metrosunda nəzərdə tutulan 76 stansiyasının tikintisi başa çatdırandan sonra diferensial ödəniş sistemi tətbiq oluna bilər: "Bu gün "Bakı Metropoliteni" uzaqmənzilli deyil. Nəzərdə tutduğumuz 76 stansiyanın hamısı istismara veriləndən sonra diferensial tarif sisteminin tətbiqi rahat olacaq. Bu gün həmin sistem əhəmiyyətsizdir".

Загрузка...
Загрузка...