​Bakı haqqında 52 il əvvəl çəkilmiş və heç vaxt görmədiyiniz film – VİDEO

Baxış sayı: 
192
3  
0  

 
 
Bu günlərdə oxucularımıza “Tanış olun, Salmanov!” sənədli filmini təqdim etmişdik. Həmin film 1968-ci ildə Tümendə lentə alınıb və rəqəmsallaşdırılaraq, ikinci həyatına qovuşub.
 
Oxu.Az xəbər verir ki, Tümen televiziyasının veteranı Anatoli Mixeyev redaksiyamızla əlaqə saxlayaraq, elə həmin 1968-ci ildə lentə alınmış daha bir filmi təqdim edib.
Film “Qardaşımız Bakı” adlanır. 52 il əvvəl lentə alınmış kadrlarda o vaxtın Bakısının unikal kadrlarını görmək mümkündür.
 
Bu ekran əsərini Azərbaycanın fəxri, Sibir neftini kəşf etmiş geoloq Fərman Salmanov haqqında ilk sənədli filmin davamı da adlandırmaq olar.
 

Загрузка...
Загрузка...