“Bakı Bus”un 3 avtobusu niyə toqquşdu? – Video

Baxış sayı: 
52
2  
0  

Suraxanı rayonunda zərcirvari avtobus qəzasının baş verməsinə səbəb yolun sürüşkən olmasıdır.

Turaninfo.org xəbər verir ki,Bu sözləri Axar.az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

“Bu hadisə dünən gecə avtobuslar depoya gedən zaman baş verib. Yol sürüşkən olduğundan avtobuslar toqquşub. Avtobuslarda yalnız sürücülər olub. Xoşbəxtlikdən xəsarət alan yoxdur”.

Sözçü bildirib ki, dünənki qəza Bakı Bus MMC-nin marşrut xətlərində avtobusların intervalına təsir etməyib:

“Qəzanı törədən sürücülərə cəza verilib-verilməyəcəyi və avtobuslara nə qədər maddi zərər dəyməsi məsələsi araşdırmalardan sonra məlum olacaq”.

Qeyd edək ki, bu gecə Suraxanı rayonunda zərcirvari avtobus qəzası baş verib. Publika.az yazıb ki, qəza zamanı Bakı Bus MMC-yə məxsus "İveco" markalı 3 sərnişin avtobusu toqquşub.

 
Загрузка...
Загрузка...