Bahalı telefon “xəstəliyi” ailədə gərginliyə səbəb olur – VİDEO

Baxış sayı: 
31
2  
0  

 
Son zamanlar bahalı telefonlara tələbat daha çox artıb. Və bu da insanların bahalı telefonlara olan marağından irəli gəlir. Kimisi yeməyindən, kimisi geyimindən kəsərək bahalı telefonlar almağa maraq göstərirlər.
 
ARB TV-nin “Günə Doğru” proqramında mövzu ilə bağlı maraqlı süjet hazırlanıb
 
Sakin: “Buna ehtiyacı bəhz yaradır, yəni filankəsin telefonu var, məndə alım, maşını var məndə alım, amma fikirləşmirlər ki, səhər ailəni dolandırmaq lazımdır, paltar, çörək almaq lazımdır”.
 
Əvvəllər insanları geyiminə görə qarşılayıb, ağlına görə yola salırdılarsa indi telefonuna baxıb dəyər biçirlər. Elə buna görə də əksəriyyət bahalı telefon sahibi olmağa can atır. Ayağını yorğanına görə uzatmaq əvəzinə, “olmazsa olmaz” deyib, kreditlə də olsa bahalı telefon əldə etməyə çalışırlar.
 
Əhməd Qəşəmoğlu – Sosioloq: “Bu onun göstəricisidir ki, cəmiyyətimizdə gənclər bir-biri ilə daha çox maddi üstünlüklə yarışmağı xoşlayırlar, bu isə çox xoşagəlməz bir vəziyyətdir. Hansı cəmiyyətdə ki, maddi dəyərlər daha öndə olur, mənəvi dəyərləri sıxışdırır orda hər cür xoşagəlməz hallar çoxalır”.
 
Araşdırmalara görə bahalı telefon istifadəçiləri əslində maddi vəziyyəti o qədər də yüksək olmayan insanlardır. Bu isə psixoloqların dediyi kimi, özgüvən əksikliyinin nəticəsi kimi dəyərləndirilir.
 
Gülər Məmmədova – Psixoloq: “Bir çox insanların müəyən sahədə boşluqları olur, özlərini doğrulda bilmirlər. Ona görə də onlar həyatın dəyərini mənəviyyatda deyil, maddi dəyərlərdə görürlər, yəni maddi dəyəri daha önə çıxararaq nümayişkarlıq göstərib özlərini elə təqdim etmək istəyirlər”.
 
Çoxunun sadəcə sosial şəbəkələrdə daha yaxşı şəkillər paylaşmaq üçün istifadə etdiyi bahalı telefon asılılığı bəzən xəstəlik həddinə çatır. Bu “özününümayiş” arzusu isə bəzən xoşagəlməz hallara, ailədə gərginliyə, valideynlə uşaqlar arasında münaqişəyə də yol aça bilər.

Загрузка...
Загрузка...