“Bacım oğlu rəhmətə gedəndə efiri dayandırmadım” – Xoşqədəm başına gələn hadisədən danışdı…

Baxış sayı: 
148
0  
0  

“Bacımın oğlu rəhmətə gedəndə mən efiri dayandırmadım”
Minval.info xəbər verir ki, bu sözləri Xoşqədəm Hidayət qızı yerli telekanallardan birində yayımlanan verilişdə deyib.
O, insanların müğənni Damlanı atası vəfat etdiyi gün tədbirdə olduğuna görə tənqid hədəfinə tuş gəlməsi barədə danışarkən belə söyləyib. Aparıcı başına gələn faciəvi hadisə ilə bağlı söhbət açıb:
“Bəxtiyar 14 yaşında suda boğulmuşdu. Mənim qulağıma dedilər ki, uşaq rəhmətə gedib. Reklam zamanı özümdən getdim, sonradan toparlana bildim. Heç kim bunu hiss etmədi. Yazmışdılar ki, böyük hadisə idi, jurnalist bunu hiss etdirmədi. Səhnədə olarkən ölüm, hər cür xəbər ala bilərik. İşimizdir budur. Buna görə qınamaq nə dərəcədə doğrudur?!” – aparıcı X.Hidayətqızı bildirib.

Загрузка...
Загрузка...