Bacılar 50 il sonra koronavirus sayəsində bir-birlərini tapdı - FOTO

Baxış sayı: 
73
1  
0  

ABŞ-da ayrı düşmüş iki bacı 50 il sonra koronavirusa görə bir-birlərini tapıblar.
 
Bu barədə CNN telekanalı məlumat yayıb.
 
Qeyd edilir ki, bacılardan biri 73 yaşlı Doris Krippen xəstəxanada 1 ay koronavirusdan müalicə olunub. O, Bundan sonra Fremontdakı bərpa mərkəzinə müraciət edib. Məlum olub ki, Doris Krippen 53 yaşlı bacısı Bev Boro bərpa mərkəzində işləyir.
 
“Mən buna inana bilmədim. Mən düşündüm – İlahi, hesab edirəm bu mənim bacımdır”, - Boro deyib.
 
Bacıların atası eyni şəxs olsa da, anaları ayrıdır. Kipper ailədə tərbiyə olunub, amma 6 aylıq Boronu övladlığa veriblər.
 
Agentlik qeyd edib ki, qadınların başqa qardaş-bacıları da var, indi onlar yenidən birləşə bilərlər. (report)

Загрузка...
Загрузка...