Babasını və iki əmisini itirən tələbə dənizdə boğuldu – Foto

Baxış sayı: 
89
1  
0  
Bakı şəhərində dənizdə 19 yaşlı gənc boğulub.
 
Turaninfo.org  Virtualaz.org-a istinadən xəbər verir ki, 1999 –cu ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan İnşaat Mühəndisləri İnstitunun 3-cü kurs tələbəsi olan Kənan Zahid oğlu Orucov Novxanı çimərliyində boğulub.
 
 
Qeyd edək ki, bu hadisə son 6 ayın içərisində Orucovlar ailəsində 4-cü faciədir. Belə ki, bu il fevral ayının 20-də Bakı şəhərindəki xəstəxanalardan birinə yerləşdirilmiş atası Ağagül Orucova aptekdən dərman alaraq yolu keçmək istəyən Biləsuvar rayon sakini Tarıqulu Orucovu maşın vuraraq öldürmüşdü. Xəstəxanada oğlunun ölüm xəbərini eşidən ata da bu acı xəbərdən dünyasını dəyişmişdi.
 
Ağagül Orucov dənizdə boğulmuş gəncin əmisi, Tarıqulu Orucov isə babası idi.
 
Aildə daha bir faciə isə bu ilin may ayının 15-də baş verib. Həmin gün səhər saatlarında DYP-nin Qaradağ stasionar postunun əməkdaşı, 1968-ci il təvəllüdlü polis serjantı Əşrəf Ağagül oğlu Orucov qəfil ürəktutmadan dünyasını dəyişmişdi. İşdən çıxıb yaşadığı Xırdalan qəsəbəsinə çatan Ə.Orucovun ürəyində qəfil ağrı baş qaldırdığı üçün yaxınlıqdakı aptekdən dərman almaq istəsə də, elə aptekin qarşısında dünyasını dəyişib.
 
Mərhum Əşrəf Orucov da dənizdə boğulmuş gəncin əmisi idi...
 

 
Загрузка...
Загрузка...