Babam savaşda tüfəngini qucaqlayaraq ölüb – Ərdoğan

Baxış sayı: 
148
0  
0  

Hər kəs əsgərlərimizin yaşadığı faciələrə baxaraq, Sarıqamışın bir məğlubiyyət olduğunu zənn edir.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
 
“Halbuki Sarıqamış bir zəfərdir. Qəhrəman əsgərlərimiz bütün çətinliklərə baxmayaraq, Şərqi Anadoluda mahallarımızı işğal edən rus qüvvələrini bir çox yerdə geri çəkilməyə məcbur edib. Əlverişsiz qış şərtlərinə rəğmən, Sarıqamış dağlarında əməliyyata davam edən ordumuz düşmənə deyil, təbiətə məğlub olub”, - Ərdoğan bildirib.
 
Ərdoğan Sarıqamış əməliyyatının 103-cü ildönümü olduğunu qeyd edib və aralarında şəhid babasının da olduğu Sarıqamış şəhidlərinə Allahdan rəhmət diləyib:
 
“Kəndimizdən bəzi böyüklərimiz Sarıqamışdan qayıtdıqdan sonra şəhid – mərhum babamla bağlı “tüfəngi qucaqlayaraq donduğunu gördük”, - dedilər. Yaşadıqlarımızdan dərs almalı, səhvlərimizi düzəltməliyik. Sarıqamışa tarix özü qiymət verəcək”.
 
Qeyd edək ki, 1915-ci il yanvarın ilk günlərində 125 minlik türk ordusu iliyə işləyən soyuğa baxmayaraq, strateji yüksəkliklərdən aşaraq plana əsasən iki istiqamətdən hücuma keçir. Lakin 40 dərəcəni keçən şaxtaya əsgərlər 15 saat davam gətirə bilirlər.

Загрузка...
Загрузка...