​Azyaşlılar Bakının bir hissəsini işıqsız qoydu – Video

Baxış sayı: 
24
1  
0  

Bu gün təxminən 15:00 radələrində Bakının Xətai rayonu işıqsız qalıb.
 
Minval.info Oxu.Az-a istinadən xəbər verir ki, hadisəyə səbəb quru otun yandırılması olub. Nəticədə bir neçə elektrik kabeli yanıb.
 
Hadisə zamanı baş verən yüngül partlayış insanları təşvişə salıb.
 
Hadisə şahidlərinin sözlərinə görə, quru otu uşaqlar yandırıb. Yanğın nəticəsində Gəncə prospektindəki bir neçə məhəllə işıqsız qalıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin və “Azərişıq” ASC-nin əməkdaşları cəlb olunub. Elektrik enerjisinin bərpa olunacağı vaxt məlum deyil.
 

Загрузка...
Загрузка...