AzTV-dən ATV-nin aparıcısı ilə bağlı AÇIQLAMA – FOTO

Baxış sayı: 
92
2  
0  

 
 
Son zamanlar bəzi xəbər saytları ATV-nin aparıcısı Sevinc Gülməmmədovanı AzTV-nin aparıcısı kimi təqdim edir.
 
Medianews.az xəbər verir ki, AzTV bununla bağlı açıqlama yayıb:
“Sevinc Gülməmmədovanı AzTV-nin aparıcısı kimi təqdim etmək doğru deyil.
 
Sevinc Gülməmmədova “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Teleradio Akademiyasını bitirib və qısa müddətdə efirə çıxıb. O heç zaman AzTV-də çalışmayıb, ümumiyyətlə aparıcı olmayıb. S.Gülməmmədova yalnız bir neçə ay Mədəniyyət TV-də səhər verilişində süjetlər hazırlayıb.
 
Məlumat üçün bildiririk ki, bu şəxs heç zaman nə AzTV-nin, nə Mədəniyyət TV-nin, nə də İdman TV-nin aparıcısı olub.
 
Bir daha həmkarlarımızı jurnalist etikasına və peşə məsuliyyətinə hörmət etməyə çağırırıq. Dəqiqləşdirilməmiş məlumatlar vermək KİV qanunlarını kobud şəkildə pozmaqla yanaşı, ictimaiyyətə də hörmətsizlik və qəsdən yalan məlumat yaymaq anlamına gəlir”.

Загрузка...
Загрузка...