Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədova

Baxış sayı: 
150
3  
0  

Azərbaycan Respublikası Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi cənab K.Əliyevə
Surəti: Azərişıq ASC-nin sədri cənab Vüqar Əhmədova
 
 
Hörmətli cənablar!
Ötən ilin oktyabr 2019-cu il Azərişıq rəhbərliyinə müraciət edib bildirmişdik ki, Azərişıqın əmlakını regional idarə rəisi Canəhməd Əhmədov dağıdır. Adam “Nərgizim” şadlıq sarayının otelində günü 30 manatdan qalırdı. Canəhməd kişinin sağ əli sayılan Suvarağa Cəfərovun vasitəçiliyi ilə mənimlə görüşdü. Qeyd edim ki, enerji üzrə İmişlidə kifayət qədər enerji mütəxəssisi olduğu halda, həmin idarəyə Canəhmədi Etibar Priverdiyevmi təyin etdirmişdi? Mənimlə görüşəndən sonra Canəhməd məllim mehmanxanadan çıxıb ev kirayələdi. Mehmanxanada haqqında danışan həmkarları onun mehmanxanada hansı kefləri çıxartdığından danışırdılar. Əhmədovun katibəsi Svetlanaya, onun ata, anasına əmək haqqı kartları vermişdi. Suvarağa Cəfərov gündüz YAP-çı, gecələr isə müxalifətin bütün partiyalarında var idi. Bələdiyyə üzvlüyünə namizədliyində şəkli YAP siyahısında idi. Bu şəxsin cibində AXCP, ADP, ALDP və s. partiya biletləri olub. Hətta, Lalə Şövkətin müavini Əvəz Teymurxan mənimlə söhbət edərkən bildirəndə ki, Suvarağa bəy bizim üzvümüzdür, ona bildirdim ki, Suvarağa Türkiyəyə gedib gəlsə idi, AKP-nin də üzvü olardı. Türkiyədə bizim ölkənin sayılan vətəndaşı olmuş, orada FETO-çu kimi həbs edilən PALMALİ şirkətlər qrupunun sahibi Mübariz Mənsimovun həbsi demək olar ki, bütün azərbaycan türklərinin narazıçılığına səbəb olub. Minlərlə insanın təhsil, yaşam haqqını ödəyən, dünya malında gözü olmayan Mübariz Mənsimovun həbsi kimə lazım idi? Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanamı? Axı minlərlə türk vətəndaşı Mənsimovun şirkətində çalışır, evinə yaxşı qazanc aparırdı. Mənsimov mətbuata açıqlama vermişdi ki, mənim şirkətimdə üçüncü nəsil belə erməni işləyə bilməz. Biz inanırıq ki, türk dünyası ilə qırılmaz dostluq qazanmış, Beynəlxalq Əlaqə mütəxəssis olan Ali Baş Komandan İlham Əliyev Mənsimovun azadlığına töhvə verə bilər. Bəli, İlham Əliyev prezident kimi Rusiya, ABŞ, Avropa ilə də balanslı siyasət qurmağı ilə çox prezidentlərdən fərqlidir. Qəbul etməliyik ki, ölkə quduzlaşmış erməni ilə qonşudur, bizlə vuruşan isə həm rusdur, həm də fars.
Keçək yenə Suvarağaya! Bu adam mənimlə ADP üzvü olub. Mən sədr olmuşam, müavin isə o olub. Mənə deyirdi ki, çörək tapmırdım, mənə çörəyi sən vermisən. İndi sağlığına qismət, Şəmmədli kəndində ferması, işıq idarəsinin qarşısında böyük marketlər şəbəkəsi, 5-6 mağazası, çox saylı torpaq sahəsi, bahalı markalı avtomobilləri, İmişli MRX-nin ərzaq üzrə təminatçısıdır. Hey gidi dünya! Rus qoşunları Gəncəli Cavad xana hücum edəndə, xana xəbər çatdırırlar ki, nökərin çarıq Hüseyn sənə kömür gətirməkdən imtina edib. Xan gülür və deyir: nə olar, kişinin düşmanı olar, mən bəxtəvərin də payına çarıq Hüseyn düşübdür. Dünyanın işi belədir, ucaları alçaldanda alçaqlar ucalıq iddiasında olar.
 
 
ADP İmişli rayon təşkilatının sədri,
 Jurnalist: Məhbub Əvəz oğlu Zülfüqarlı

Загрузка...
Загрузка...