​Azərbaycanlıların Türkiyədəki mülklərinin SAYI AÇIQLANDI

Baxış sayı: 
58
2  
0  

2020-ci ilin yanvar-avqust aylarında Azərbaycan vətəndaşları Türkiyədə 700 daşınmaz əmlak obyekti satın alıblar ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 11 obyekt azdır.
 
Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Torpaq Kadastrı və Daşınmaz Əmlak Alqı-Satqısı üzrə Dövlət orqanı məlumat yayıb.
 
Məlumata görə, 2020-ci ilin avqust ayında Azərbaycan vətəndaşları Türkiyədə 88 daşınmaz əmlak obyekti alıblar ki, bu da 2019-cu ilin avqust ayından 66 obyekt çoxdur.
 
2020-ci ilin avqust ayında Türkiyədə 170 408 əmlak satılıb ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə 54,2 faiz çoxdur.
 
2020-ci ilin avqust ayında Türkiyədə 3 893 əmlak əcnəbilərə satılıb ki, bu da 2019-cu ilin eyni ayına görə 8 faiz çoxdur. / "Trend"

Загрузка...
Загрузка...