Azərbaycanlıları diri-diri yandırır və... - Ermənilərin ilk dəfə etiraf etdikləri DƏHŞƏTLI FAKTLAR - FOTO

Baxış sayı: 
35
2  
0  

Ermənistanın Epress.am saytı 1988-ci ildə bu ölkənin Quqark rayonunda azərbaycanlıların kütləvi qətl edilməsi barədə material dərc edib. Məqalədə 30 ildir gizli saxlanılan faktlar gün üzünə çıxıb. O vaxt Quqarkda azərbaycanlıların diri-diri yandırılmağının şahidi olan ermənilər ilk dəfə baş verənləri etiraf edib, hadisələri olduğu kimi danışıblar.

Jurnalist Mane Papyanın 1988-ci ildə rayonda baş vermiş hadisələrə yenidən qayıtması bir sıra erməni kütləvi informasiya vasitələrini şoka salıb. Mane Papyan faciəli hadisələrin baş verdiyi kəndlərə gedib və hadisə şahidləri ilə söhbət edib.

Şahidlər azərbaycanlılara qarşı edilən haqsızlıqları, günahsızların necə öldürüldüyünü danışaraq, erməni vəhşiliyini ilk dəfə danmayıblar. Məsələn, həmin vaxtlar Vanadzorda prokuror işləmiş Qriqori Şahverdiyan illərdir gizlətdiyi arxiv sənədlərini üzə çıxarıb. O bildirib ki, 1988-ci ilin mart ayından noyabrına kimi Quqark rayonunda 624 azərbaycanlı milli münaqişə zəmnində əsassız olaraq işdən çıxarılıb. Onların çoxu hədə-qorxu, təqib və hücuma məruz qalıb. Bazarda işləyən azərbaycanlıları döyərək mallarını əllərindən alıblar. Şahverdiyanın sənədlərində azərbaycanlıların yalnız öz evlərində deyil, iş yerlərində də həmkarları tərəfindən döyülməsi üzrə 42 hal qeydə alınıb.

Şahverdiyan ən dəhşətli hadisənin Şaumyan kəndində baş verdiyini deyib. Həmin günlərdə Kirovakan şəhərində 7 azərbaycanlının qətli qeydə alınıb. Burada azğınlaşmış ermənilər azərbaycanlıları hətta yüksəkliklərdən yerə ataraq ölümə tərk ediblər.

Quqark qırğınından sonra Qarabağa gedərək orada da dinc azərbaycanlıları qətlə yetirən Samvel Vardanlu adlı erməni isə o vaxt istifadə etdiyi silahları da nümayiş etdirərək, azərbaycanlıları dağlarda qırdıqlarını etiraf edib.

Şaumyan sakini Stepan Ayvazyan kənddə qalmış azərbaycanlıların Kirovakandan gəlmiş ermənilər tərəfindən öldürülüb yandırıldığını etiraf edib.

Şaumyan kəndində həmin günlərdə məktəb direktorunun müavini işləmiş Rima Sarqsyan isə etiraf edib ki, milli münaqişə zamanı qaçıb məktəblərdə gizlənən azərbaycanlılar ermənilərt tərəfindən yandırılıblar. Epress.am saytının əməkdaşı Mane Papyanın suallarını cavablandıran "Qarabağ" komitəsinin keçmiş üzvü Artur Sakuns isə bildirib ki, Moskva Prokurorluğu tərəfindən üzvü olduğu komitə də daxil olmaqla, Quqark qırğınını törədənlər həbs olunsa da, bu, çox çəkməyib və onlar tezliklə azad olunublar.

Загрузка...
Загрузка...