Azərbaycanlılar Türkiyədən deportasiya edilir? - Səfir

Baxış sayı: 
39
1  
0  

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bu gün bəzi xəbər saytlarında Türkiyədə qeyri-leqal yaşayan Azərbaycan vətəndaşlarının kütləvi şəkildə deportasiyasına başlanmasına dair yayılan xəbərlərə münasibət bildirib.
 
Səfir Axar.az-a açıqlamasında deyib ki, həmin xəbərlər həqiqəti əks etdirmir.
 
Türkiyədə yaşayan azərbaycanlıların problemləri məsələsi Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın və Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədovun sədrliyi ilə Bakıda keçirilən Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın səkkizinci iclasında da müzakirə olunub və problemlərin həlli üçün lazımi addımların atılması qərara alınıb

Загрузка...
Загрузка...