Azərbaycanlılar məsciddə aclıq aksiyası keçirdi

 
Ərdəbil Poladəritmə zavodunun ixtisar edilmiş təxminən 100 fəhləsi bir neçə aylıq əmək haqlarının ödənilmədiyinə etiraz olaraq Ərdəbilin Mirzə Əli Əkbər məscidində aclıq aksiyası keçirib.
 
Axar.az xəbər verir ki, Ərdəbil prokuroru Nasir Ətəbati zavod fəhlələrinin uzun sürən problemi ilə bağlı yerli icra orqanlarına müraciət edildiyini bildirib.
 
“Problemlə əlaqədar bir neçə orqanla əlaqə saxlanıldı, sonra fəhlələrin əmək haqlarının hissə-hissə ödənilməsinə qərar verildi. Onlara veriləcək məbləğ 3 hissəyə bölündü, birinci olaraq təxminən 850 milyard tümən ödənildi. Bundan sonra etirazçılar aclıq aksiyasını dayandırdı”, - Ətəbati deyib.
 
Qeyd edək ki, Ərdəbil Poladəritmə zavodunun fəhlələri uzun müddətdir əmək haqlarını ala bilmədikləri və qanunsuz olaraq ixtisar edildiklərinə görə dəfələrlə meriya və Ərdəbil imam cüməsinin ofisi qarşısında etiraz aksiyası keçiriblər.

Загрузка...
Загрузка...