Azərbaycanlı tələbələrdən möhtəşəm addım: universitet qərarını dəyişməyə məcbur oldu

Baxış sayı: 
534
1  
0  

Cənubi Azərbaycanın Urmiya Sənaye Universitetinin tələbələri möhtəşəm addım atıb.
 
Publika.az xəbər verir ki, universitetdə Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi dayandırıldıqdan sonra tələbələr etiraza qalxıb.
 
Onlar universitetin məsul şəxslərinin qanunsuz qərarına qarşı nümayişlər keçiriblər. Etiraz aksiyaları müsbət sonluqla yekunlaşıb və dünəndən etibarən sözügedən fənnin tədrisinə yenidən icazə verilib. Tələbələr Azərbaycan dili və ədəbiyyatı fənninin uydurma bəhanələrdən ləğv olunduğunu bildiriblər.
 
Bundan əvvəl universitetin rektor köməkçisi Dr. Vəhid Sluk bu semestrdə Azərbaycan dili və ədəbiyyatı fənninin ləğv olunmasını yeni proqramların tənzimləməsi üçün yetəri qədər fürsət olmaması ilə əlaqələndirmişdi.
 
 
 
Universitet tələbələrin etirazından sonra bəyanat yayaraq elan edib ki, nəzərdə tutulan limitə çatacaq sayda könüllü tələbə olarsa, Azərbaycan dili və ədəbiyyatı tədris olunacaq. Bu açıqlamadan sonra bir neçə saat ərzində sözügedən fənni seçən tələbələrin sayı 110 nəfəri keçib və universitet rəhbərliyi qərarını dəyişməyə məcbur olub.
 
Qeyd edək ki, İran konstitusiyasının 15-ci maddəsinə görə, məktəblərdə fars dili ilə yanaşı, yerli dillərin tədris olunması azaddır. Buna baxmayaraq, İranda heç bir məktəbdə Azərbaycan dili tədris olunmur. Ali təhsil müəssisələri arasında isə yalnız Təbriz Universitetində 3 il əvvəl Azərbaycan dili və ədəbiyyatı fənni yaradılıb. Lakin tələbələrin bu fənni seçməsi üçün universitet tərəfindən müxtəlif maneələr yaradılır.
 
Zümrüd
 

Загрузка...
Загрузка...