Azərbaycanlı stilistdən DÜNYAYA SƏS SALACAQ İŞ - Üzü tamamilə yanmış xanımı dəyişdirdi - VİDEO

Baxış sayı: 
206
0  
0  

Şəxsi kosmetika markasını çıxartmağa hazırlaşan azərbaycanlı makiyaj ustası Anar Ağakişiyev növbəti işi ilə dünyaya səs salacaq.
Publika.az xəbər verir ki, stilist üzü tamamilə yanmış daha bir xanımı makiyaj edib. O, Elvira adlı xanımın makiyajdan əvvəlki və sonrakı görüntülərini istaqram hesabında paylaşıb.
Onun sözlərinə görə, Elvira üçün xəyallarında qurduğu makiyajı edib: “Nərminin videosundan sonra milyardlarla məktub almağa başladıq. Və məhz bu gün Nərmin ilə bir yerdə Elvira üçün sürpriz olaraq illərdir xəyalını qurduğu gəlinlik obrazını yaratdıq. Həyatın öz enişli-yoxuşlu yolları var. Onları qəbul etməyi və yaşmağa davam etməyi bacarmalıyıq. Bu gün bu gözəl xanım üçün mən əlimdən gələni böyük məmnuniyyətlə etdim”.
Xatırladaq ki, stilist bir neçə ay əvvəl Nərmin adlı üzü yanmış xanımı makiyaj etmişdi. Onun sosial şəbəkədə paylaşdığı bu kadrlar qısa müddət sosial şəbəkədə böyük maraq doğurmuşdu.

Загрузка...
Загрузка...