Azərbaycanlı ssenarist Amerikada İLKə imza atacaq - VİDEO

Baxış sayı: 
66
1  
0  

Xəbər verdiyimiz kimi, azərbaycanlı rejissor Rec Rəvan “Aporia Kiyamet deneyi” filminin təqdimat mərasiminə hazırlaşır.
Ekran işinin rejissoru Publika.az-a verdiyi açıqlamada bildirib ki, film sentyabrdan Amerikada, noyabrdan etibarən Azərbaycan və Avropada nümayiş ediləcək. R.Rəvan onu da əlavə edib ki, film yaxın zamanda MDB ölkələrində də nümayiş etdiriləcək:
 
“Noyabr ayı üçün Azərbaycanda və Avropa ölkələrində vizyon tarixləri artıq planlaşdırılıb. Rusiya, Gürcüstan, İran kimi ölkələrin film paylayıcı şirkətlərindən təkliflər almışıq. Bu sahədə dünyaca məşhur olan şirkətlər “Netflix” və “Amazon” ilə patnyorumuz “BDAmerika” danışıqlar aparır.
 
Türkiyədə baş tutacaq qala gecəsinə 2 həftə qalmış böyük reklam piar kampaniyasına start verəcəyik. Amerikada 100 min üzərində CD satışı nəzərdə tutmuşuq, bu üsul Amerikada çox geniş yayılıb. İnşallah bu, ilk azərbaycanlı rejissorun və ssenaristin Türkiyə, Avropa və Amerikada nümayiş edilən ilk filmi olacaq”.
 
Qeyd edək ki, filmi “BDAmerika”, “Sultansoy”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.

Загрузка...
Загрузка...