Azərbaycanlı sevgilisini öldürən Suriyaya qaçarkən yaxalandı

Baxış sayı: 
109
3  
0  
Türkiyənin Konya şəhərində 25 gün əvvəl azərbaycanlı, 4 uşaq anası Səidə Yükseliri (50) qətlə yetirən sevgilisi Rahim Aracı (40) Antalyada saxta pasportla saxlanılıb.
 
Turaninfo.org Qafqazinfo-ya istinadən xəbər verir ki, Rahim Aracının Suriyaya qaçmasına yardım etməkdə şübhəli bilinən vəkili və bir dostu isə məhkəmə nəzarəti altında qalmaqla sərbəst buraxılıb. 
 
 
Xatırladaq ki, hadisə iyulun 24-ü baş verib. Daha əvvəl ərindən boşanan 2-si qız olmaqla 4 uşaq anası Səidə Yükselir hadisədən bir gün əvvəl 3 uşaq atası, evli Rahim Aracının iş yerinə gələrək onun mübahisə edib. Mübahisə zamanı olay yerinə polis gəlib. Çütlük şikayətçi olmadıqlarını bildirərək barışıblar. Bir gün sonra isə Rahim Aracı avtomobili ilə işə gedərkən yanındakı Səidə Yüksəlirə tapança ilə 8 dəfə atəş açıb, daha sonra maşınından çölə tullayıb. 
 
Qadın son nəfəsində qatilinin adını çəkib.
 
R.Aracının 2002-ci ildə 2 nəfəri öldürdüyü, 11 il həbs cəzası çəkdiyi məlum olub. 
 
Azərbaycanlı qadının Türkiyədə 150 min lirəyə ev aldığı, həmin evdə R.Aracının atasının yaşadığı, Yükselir evi satışa çıxardıqda isə ikili arasında mübahisələrin başladığı iddia edilir. 
 
Bundan başqa, hadisədən əvvəl qadının 14 yaşlı qızının təkbaşına polisə gedərək anasının sevgilisi tərəfindən təcavüzə məruz qaldığını iddia etməsi məlum olub. 
Загрузка...
Загрузка...