Azərbaycanlı rüşvət verdi, rusiyalı prokuror işdən qovuldu

Baxış sayı: 
56
1  
0  

Rusiyanın baş prokuroru Yuri Çayka Sankt-Peterburqun Moskva rayon prokuroru Vladimir Rebonu işdən azad edib.

Turaninfo.org  “Kommersant” saytına istinadən xəbər verir ki, 2010-cu ildən bu vəzifəni icra edən prokurorun işdən azad edilməsinə səbəb onun vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi olub.

 

Prokuror Rebonun işdən azad edilməsi azərbaycanlının rüşvət verməsi epizodu ilə bağlıdır. Belə ki, Moskva rayonunda dələduzluqda ittiham olunan Azərbaycan sakini tutulub. İstintaq hesab edir ki, o, rayon prokurorluğunun apardığı yoxlama zamanı 95 min avro rüşvət verib. 

Qeyd edək ki, Sankt-Peterburqda ən nüfuzlu rayon prokurorlarından hesab olunan Vladimir Rebonun əmisi Mixail Rebo Almaniyadakı yəhudi icmasının rəhbərlərindən biridir. Onun Avropanın böyük mafiya qrupları ilə də əlaqəsinin olduğu bildirilir.

Oxu.Az

Загрузка...
Загрузка...