Azərbaycanlı rejissor dünyaya səs salan LAYİHƏYƏ İMZA ATDI – İNANILMAZ KADRLAR

Baxış sayı: 
81
1  
0  

Azərbaycanlı rejissor, ssenarist və operator Rec Rəvan “Aporia: Kiyamet deneyi” adlı filmi ilə dünyaya səs salmağa iddialıdır.
 
Publika.az xəbər verir ki, qorxu və döyüş janrında çəkilən ekran işi Azərbaycan, Türkiyə və Amerikanın ortaq istehsalıdır. Seenarisini yazdığı və rejissorluğunu Rec Rəvanın etdiyi filmdə baş rolları Aysel Yusubova, Pərviz İsmayılov, Mübariz Səmədov, Rahim Qocayev, Lalə Məmməd, Taleh Urfansoy və başqaları ifa edib. Layihə 12 iyuldan etibarən həm Azərbaycan, həm Türkiyə, həm də Amerika kinoteatrlarında nümayiş olunacaq. Treyləri dünən yutub kanalında təqdim olunmasına baxmayaraq, film indidən sosial şəbəkələrdə böyük diqqət çəkib.
 
Ekran işi qəsəbə sakinlərinin kimliyi bəlli olmayan bir qrup silahlı tərəfindən əsir alınaraq dəhşətli inşəngəcələrə məruz qalmasından və öldürülməsindən bəhs edir. Silahlı təşkilat insanlar üzərində müxtəlif sınaqlar keçirməyə başlayır, lakin gözlənilməz hadisələr sınaqların uğursuzluqla başa çatmasına səbəb olur. Odur ki, üzərində uğursuz təcrübələr aparılmış insanlar qəsəbədən uzaq bir dağın başına aparılıb güllələnirlər.
 
Onlar arasından Arvin və Ejla ölümdən təsadüf nəticəsində qaçıb canını xilas edir, onlar bir müddət dərin çuxurun içində gizlənir. Əvvəlcə xilas olduqlarını düşünsələr də, qarşıda onları daha vahiməli və kabus dolu günlərin gözlədiyindən xəbərsizdilər. Gizləndikləri dərin quyu zamanla onlar üçün məzara çevrilməyə başlayır. Üzərilərində müxtəlif sınaqlar keçirildiyi üçün yavaş-yavaş mutasiyaya uğrayaraq bir çıxmazın içinə sürüklənirlər. Əsas hadisələr də bundan başlayır...

Загрузка...
Загрузка...