Azərbaycanlı qız 4 nəfəri belə xilas etdi
25-10-2018 17:33
Baxış sayı:
407

Urmiyalı gənc qızın daxili orqanları 4 nəfərin həyatını xilas edib.
Güney Azərbaycanın Urmiya şəhərinin Tibb Universitetində beyin ölümünə düçar olan gənc qızın orqanları ailəsinin razılığı ilə orqana ehtiyacı olan xəstələrə bağışlanıb.
Universitetin Transplant Orqanlarının Tədarükü Mərkəzinin müdiri Xədicə Məxdumi bildirib ki, 27 yaşlı Jila İsazadənin ailəsinin razılığı ilə onun bəzi orqanları ehtiyacı olan xəstələrə köçürülüb.
Xədicə Məxduminin sözlərinə görə, Jila İsazadənin köçürülməli olan orqanları Urmiya, Şiraz və Tehranda 4 xəstəni ölümdən qurtarıb.