Azərbaycanlı musiqiçi Fransada konsert verəcək

Baxış sayı: 
63
1  
0  

Azərbaycanlı musiqiçi Səidə Zülfüqarova Fransada Beynəlxalq Sülh günü münasibətilə "Sülh naminə və zorakılığa qarşı" mövzusunda konsert verəcək.

"Report" məlumat verir ki, konsert Karyer-su-Puasi şəhəri meriyasının dəstəyi ilə 21 sentyabrda saat 19-da Alzas İdman Kompeksində keçiriləcək.

Konsertdə Paris Filarmoniyasının orkestr ansamblı, Paris Operasının müğənnisi İrina Kopylova da çıxış edəcəklər. Sülh proqramından ibarət olan tədbirdə azərbaycanlı musiqiçi tarda ifa edəcək.

Konsert YUNESKO-nun sülh üzrə rəssamları, heykəltəraşları və digər sənətkarlarının iştirakı ilə keçiriləcək.

Загрузка...
Загрузка...