Azərbaycanlı məşhurun mahnısı yutubda rekord qırdı – VİDEO

Baxış sayı: 
129
1  
0  

“Tanınmış simanın övladı olmaq məsuliyyətdir, həm ona layiq olmalısan, həm də o səviyyəni qoruyub saxlamalısan. Zəhmət çəkməlisən ki, bəhrəsini görəsən və sənətdə özünü təsdiq edəsən”.
 
Bu sözləri VI Muğam Müsabiqəsinin qalibi, şair Vüqar Əhmədin qızı, gənc xanəndə Almaxanım Əhmədli Publika.az-a müsahibəsində deyib:
 
“İndiki dövrdə bayağı mahnılar çox təbliğ olunur. Müəyyən kütlə də ona axın edir. Təbliğatdan asılıdır, nə qədər yaxşı musiqi təbliğ olunsa, gənclərimiz ona maraq göstərər. Bəstəkarlardan keyfiyyətli və ruhuma yaxın olan mahnılar alıram. Muğam çalarları olmalıdır, xalq mahnısı üslubunun elementlərinə üstünlük verirəm ki, onu ürəkdən ifa edə bilim”.
 
 
 
Xanəndə bildirib ki, sənətçi gördüyü işlərlə gündəmdə olmalıdır, qalmaqalları ilə deyil:
 
“Bir həftə əvvəl “Qara gözlüm” adlı mahnıya çəkilən video roliki yutub kanalımda dinləyicilərə təqdim etdim. Bir həftə ərzində trendə düşdü. Trendə düşmək üçün qalmaqal etmək lazım deyil, buna öz ifamla nail olmuşam. “Qara gözlüm” mahnısının baxış sayı yarım milyonu keçdi, vacib deyil ki, qalmaqal edəsən, gördüyün işlərlə də gündəmdə ola bilərsən.
 
Uğur qazanmaq üçün qarşında məqsəd olmalıdır, ən vacibi zəhmət çəkməlisən, xüsusilə muğam janrı əziyyətsiz mümkün deyil, qalmaqalla məşhurlaşmaq ayıb sayılır. Muğam elə bir janrdır ki, ancaq səs və sənət göstərməlisən”.
 
Aytən Məftun

Загрузка...
Загрузка...