Azərbaycanlı məşhur doğuşdan sonra tanınmaz halda - FOTO

Baxış sayı: 
129
1  
0  

Eks aparıcı və aktrisa Cəmilə Tağızadə hamiləlikdən sonra aldığı artıq çəkilərindən utanmadığını yazıb.
 
Publika.az xəbər verir ki, türk vətəndaşı ilə ailə quran aparıcı sosial şəbəkədə subay vaxtı və ana olduqdan sonra çəkilən kollajı paylaşıb.
 
“Bir qadın uşaqdan sonra ancaq bu qədər dəyişə bilər. İnanın ki, aldığım çəkilər, mənə olmayan o gözəl geyimlər, dəyişən bədən quruluşu heç vecimə deyil. Nə yaxşı ki, ana olmuşam, nə yaxşı ki, övladım var və zamanla bütün çəkilərdən xilas olacam, əvvəlki bədənimə tam geri dönsəmsəm də. Niyə əvvəlki kimi ola bilməyəcəm? Çünki ayaqlarımda damarlar çıxıb, varikoz genişlənməsi var, beldə isə qrija yarandı” C.Tağızadə bildirib.
 
O, qeyd edib ki, hamiləlikdən sonra bədənində çatlaq əmələ gəlib:
 
“İstifadə etdiyim krem və yağlar fayda etmədi. Necə deyərlər olacağa çarə yoxdu. Canımız və balalarımız sağ olsun. Övladımla keçirdiyim hər anın dəyərini bilməyə çalışıram, heç çəkim yox kimi həyatımı yaşayıram. Zamanla hər şey düzələcək. Doğumdan sonra kökələn analar üzülməyin, önəmli olan övladnızı sağlam böyütməkdir, ona ana südü verə bilirsinizsə, süddən məhrum etməyin, bol sevgi ötürün. Analıq fədakarlıq istəyir. Arzusunda olan hər kəsə Allah övlad payı yetirsin! Amin!
 
Arıqladıqdan sonra dəyişmiş halımı paylaşmağı da səbirsizliklə gözləyirəm”.

Загрузка...
Загрузка...