Azərbaycanlı idmançıların da iştirak edəcəyi müsabiqə təxirə salına bilər - Baş nazir danışdı

Baxış sayı: 
47
1  
0  

Yaponiya Tokio-2020 Yay Olimpiya Oyunlarını təxirə salmaq haqqında düşünür.
publika.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Şinzo Abe danışıb.
“Kyodo” agentliyinin məlumatına görə, parlamentdə çıxış edən Baş nazir bildirib ki, yeni tip koronavirus pandemiyasına görə olimpiyanı təxirə salmaq məcburiyyətində qala bilərlər.
Abe Beynəlxalq Olimpiya Komitəsinin (IOC) məsələ ilə bağlı yekun qərarı verəcəyini, lakin müsabiqənin ləğv edilməsinin variantlar arasında olmadığını bildirib.
Bu arada, Kanada Olimpiya Komitəsi 1 illik təxirə salınmayacağı təqdirində, Tokio-2020 Yay Olimpiya Oyunlarına idmançı göndərməyəcəyini açıqlayıb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələri ilə keçirilən video-konfransda oyunların təxirə salınmayacağı qənaətinə gəlinmişdi.
                

Загрузка...
Загрузка...