​Azərbaycanlı əfsanəvi futbolçunun həyat yoldaşını maşınla vuraraq öldürdü - FOTO

Baxış sayı: 
39
2  
0  

Ukraynanın Lvov şəhərində Azərbaycan vətəndaşının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.
 
Bu barədə Lvov Regional Dövlət Administrasiyası məlumat yayıb.
 
Bildirilir ki, hadisə iyunun 15-də yerli vaxtla 20:05-də qeydə alınıb.
 
Məlumata görə, 44 yaşlı azərbaycanlı "Mercedes" markalı avtomobildə Qorski küçəsi ilə hərəkətdə olarkən 77 yaşlı qadını vuraraq üstündən keçib. Qadın aldığı xəsarətlərdən hadisə yerində keçinib.
 
Hüquq-mühafizə orqanlarındankı mənbələrin bildirdiyinə görə, ölən qadın "Karpat" klubunun (Lvov) əfsanəvi futbolçusu, "Olimpiya-L" ixtisaslaşmış uşaq-gənclər idman məktəbinin direktoru, gimnastika üzrə beynəlxalq dərəcəli hakim, Boris Rassıxinin həyat yoldaşı Lübov Rassıxinadır (Report).

Загрузка...
Загрузка...