​Azərbaycanlı boksçu erməniyə uduzdu

Baxış sayı: 
53
2  
0  

“Minsk 2019” II Avropa Oyunlarında çıxış edən Gürcüstan yığmasının üzvü, boksçu Sahil Allahverdiyev gümüş medal qazanıb.
 
Axar.az xəbər verir ki, 49 kiloqrama qədər çəki dərəcəsində çıxış edən S.Allahverdiyev finalda Ermənistandan olan boksçu Artur Ovanesyanla qarşılaşıb.
 
O, 1:4 hesabla erməni idmançıya məğlub olaraq, qızılı əldən verib.
 
Bu, Gürcüstan yığmasının sayca 29-cu medalı olub.
 
Gürcüstan komandası II Avropa Oyunlarında çıxışını artıq başa çatdırıb. Qonşu ölkə millisi Oyunlarda 6 qızıl, 10 gümüş və 14 bürünc medal olmaqla, ümumilikdə 30 medal qazanıb. Gürcüstan komanda hesabında 6-cı yerdədir.

Загрузка...
Загрузка...