Azərbaycanlı biznesmen koronavirusdan öldü

Baxış sayı: 
136
2  
0  

 
 
İyulun 2-də Rusiya Federasiyasının Krasnoqorsk şəhərində 1971-ci təvəllüdlü Muradov Rövşən Vahid oğlu koronavirus infeksiyasından dünyasını dəyişib.
 
“Report” xəbər verir ki, bu barədə Moskva vilayətinin İstra rayonunda Azərbaycan İcmasının rəhbəri Ramil Əliyev məlumat yayıb.
“25 ildən çoxdur ki, Rövşən Muradov İstra şəhərində yaşayır və işləyirdi. O, Azərbaycan xalqının layiqli övladı idi və həmişə həmvətənlərini dəstəkləyirdi” – deyə R.Əliyev bildirib.
 
Onun sözlərinə görə, R.Muradov 9 iyunda anası ilə birgə 1 saylı Krasnoqorsk dövlət xəstəxanasına yerləşdirilib. Rövşənin anası 14 iyunda vəfat edib. 18 gündən sonra isə biznesmenin özü dünyasını dəyişib.
 
Həmyerlimizin cənazəsi dəfn olunmaq üçün Bakıya göndərilib. Dəfn mərasimi bu gün baş tutacaq.

Загрузка...
Загрузка...