Azərbaycanlı aparıcı Moldovaya buraxılmadı - Məsələyə prezident qarışdı

Hadisəyə Moldova prezidenti İqor Dodon reaksiya verib.
Rusmeylli prezident hesab olunan İqor Dodon bildirib ki, belə addımlar Rusiya ilə səmərəli dialoqa və əməkdaşlığın yenilənməsinə kömək etməyəcək.
Dövlət başçısı qeyd edib ki, Zeynalovu müsahibə vermək üçün Moldovaya rəsmən dəvət edəcək.
***
Rusiyanın NTV telekanalının əslən azərbaycanlı olan aparıcısı İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib.
Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Moldovanın sərhəd polisinin mətbuat xidmətindən bildiriblər.
“Çərşənbə axşamı Rusiya Federasiyasının vətəndaşı İradə Zeynalovanın Moldovaya girişinə icazə verilməyib. Çünki, o respublikaya səfərin hədəfini təsdiq edə bilməyib. Rusiya vətəndaşı İstanbul-Kişnyov təyyarə reysi ilə gəlmişdi. Qadın bildirib ki, rəsmi şəxslərlə görüşləri planlaşdırılıb, amma bunu təsdiq edə sənədi təqdim edə bilməyib”, - sərhəd polisinin mətbuat xidmətindən deyiblər.
Agentliyin həmsöhbəti dəqiqləşdirib ki, Zeynalova ən yaxın Kişnyov-Moskva reysi ilə Rusiyaya göndərilib.
Ömər Dağlı

Загрузка...
Загрузка...