“Azərbaycanla operativ əlaqəmiz var və zərurət yarandıqda…” – Paşinyan

Baxış sayı: 
50
1  
0  

Cəbhə xəttində hökm sürən sakitlik Azərbaycan Prezidenti İlham Əliyevlə Düşənbədə əldə edilən razılaşmanın nəticəsidir. Bu, ölkələr arasında operativ əlaqənin nəticəsi deyil.

Turaninfo.org Teleqraf.com-a istinadən  xəbər verir ki, bunu Ermənistanın Baş naziri vəzifəsini müvəqqəti icra edən Nikol Paşinyan deyib.

Onun sözlərinə görə, “operativ rabitə” anlayışı düzgün interpretasiya edilməyib: “İnsanlar hər gün İlham Əliyevlə söhbət etdiyimizi düşünürlər. Bu, belə deyil. Sadəcə olaraq, operativ əlaqə mövcuddur və zərurət yarandıqda tərəflər ondan yararlanırlar”.

Paşinyan Azərbaycan və Ermənistan arasında gedən danışıqlar barədə indiyə qədər məhdud sayda insanların məlumatlandırıldığını bildirib: “Bu strategiyaya yenidən baxılmalıdır, cəmiyyət danışıqlar prosesi barədə məlumatlandırılmalıdır”.

Загрузка...
Загрузка...