​Azərbaycanın səhiyyə naziri koronavirusla mübarizənin əsas yolunu göstərdi – VİDEO

Baxış sayı: 
97
2  
0  

 
“Azərbaycan səhiyyəsi koronavirus infeksiyası ilə mübarizə çərçivəsində bir neçə istiqamətdə qabaqlayıcı tədbirlər görüb”.
 
Oxu.Az xəbər verir ki, bunu Səhiyyə naziri Oqtay Şirəliyev deyib.
O bildirib ki, Azərbaycanın pandemiya ilə mübarizə çərçivəsində atdığı ciddi addımlar nəticəsində bu gün ölkədə ölüm halları digər ölkələrlə müqayisədə kifayət qədər azdır:
 
“Görülən qabaqlayıcı tədbirlər nəticəsində hazırda 10 milyon əhalisi olan ölkədə koronavirusa 3 min 274 yoluxma halı qeydə alınıb. Onlardan 2015-i sağalıb, yoluxmaya nəzərən ölüm halları isə 1,2 faiz təşkil edib.
 
Mövcud vəziyyətdə biz beynəlxalq təşkilatlarla daha sıx əlaqələr saxlayırıq. Yalnız səyləri birləşdirərək, məqsədyönlü, düşünülmüş fəaliyyət strategiyasını quraraq, pandemiyaya qarşı mübarizədə uğur qazanmaq olar. Beynəlxalq təsisatlarla və dünya birliyi ilə bundan sonra da əməkdaşlıq etməyə hazırıq”.
 

Загрузка...
Загрузка...