​Azərbaycanın 600 illik tarixi abidəsi yandırıldı - Foto

Baxış sayı: 
473
1  
0  

 
Güney Azərbaycanın Təbriz şəhərində yerləşən 600 illik Həsən Paşa məscidinin giriş hissəsi məhərrəmlik mərasimi keçirənlər tərəfindən yandırılıb.
 
Teleqraf.com xəbər verir ki, yanğın mərasimi təşkil edənlərin məscidin qarşısında şam yandırmaları nəticəsində baş verib.
 
Məlumatda tarixi abidənin İranın aidiyyəti qurumları tərəfindən nəzarətsiz buraxıldığı bildirilib. Həsən Paşa və ya Həsən Padşah məscidi Təbrizin Dəvəçi məhəlləsində yerləşir. Bu abidənin təməli 1419-cu ildə Ağqoyunlu hökmdarı Uzun Həsənin fərmanı ilə qoyulub.
 
Sahibabad meydanının yaxınlığında tikilən dini kompleks (buraya məscid, mədrəsə, xanəgah, hətta kəhriz də daxil idi) Şərq memarlığının şah əsərlərindən biri sayılır. Lakin Həsən Paşa məscidinin hazırkı vəziyyəti Təbrizdəki digər tarixi abidələrimiz kimi ürəkaçan deyil. Bu abidə 1975-ci ildə “Milli Abidələr” siyahısında qeydiyyata alınsa da, Azərbaycanın bir çox tarixi abidəsi kimi aidiyyəti qurumların laqeyd münasibəti nəticəsində ciddi dağıntılara məruz qalıb. Bir müddət əvvəl Şərqi Azərbaycan əyalətinin Mədəni Miras, Əl İşləri və Turizm idarəsi rəhbərinin müavini Əlirza Quçi Təbrizin tarixi strukturunun 90 faizinin tamamilə məhv edildiyini bildirmişdi.
 

Загрузка...
Загрузка...