Azərbaycanı şəriksiz inkişaf sahibi, yoxsa…?

Baxış sayı: 
365

Azərbyacan inkişaf cədvəlində ən son yerləri tutduğu halda İlham Əliyev hansı inkişafdan danışır?

“Əlbəttə ki, iqtisadiyyatımızın dayağı olan enerji sektorunu, qeyri-neft sektorunu, kənd təsərrüfatını, sənaye istehsalını da inkişaf etdiririk. Ona görə, bu gün dünya xəritəsinə baxanda – əlbəttə, mən Azərbaycanı heç bir ölkə ilə müqayisə etmək istəmirəm – istər-istəməz görürük ki, doğrudan da Azərbaycan uğurlu, sürətli, dayanıqlı inkişaf nümunəsi göstərir. Bu, bizi çox sevindirir”.
Bu sözləri ölkə başçısı  İlham Əliyev noyabrın 10-da Gəncə Dövlət Filarmoniyasının yeni binasının açılışında deyib.
Artıq 2018-ci il gəlir və ölkədəki real vəziyyət tam şəffaf görünür. Amma hökumət hələ də inkişaf nağılı danışmaqdan imtina etməyib. Əslində, ölkənin bu qədər tənəzzülə yuvarlandığı bir məqamda hökumətin leksikonunda dəyişiklik müşahidə olunmalıydı. Reallıq isə budur ki, YAP hakimiyyəti “kişinin sözü bir olar” prinsipinə bu formada əməl edir.
Bu gün Azərbaycanın dövlət büdcəsi Harvard Universitetinin büdcəsindən azdır. Ölkədə orta aylıq əməkhaqqı 116 manatdır ki, bu da düşmən Ermənistandan, qonşu Gürcüstandan da aşağı göstəricidir.  Ərazisi və əhalisi Azərbyacandan az olan ölkələrin ÜDM-i 100 milyardlarla ölçüldüyü halda, İlham Əliyev Azərbaycanı şəriksiz inkişaf sahibi olduğunu söyləyir.
Məsələn, 37 min əhalisi olan Lixtenşteynin ÜDM-i 5 milyard  avrodur. Yaxud, 38 min əhalisi olan Monakonun ÜDM-i 6 milyard avrodur. 10 milyon əhalisi olan Azərbaycanın isə  ÜDM-i 30 milyard avro təşkil edir və ölkə başçısı bunu “analoqsuz uğur” sayır. Azərbaycandan xeyli kiçik olan Hollandiyanın ÜDM-i 800 milyard dollara yaxındır. Yaxud, ərazisi Azərbyacandan 4 dəfə kiçik olan İsrailin ÜDM-i 250 milyard dollar həcmindədir.
Yüzlərlə belə nümunə göstərmək olar.  Fakt budur ki, mövcud hakimiyyət yüksək potensiala malik olan ölkəni dünyanın geridəqalmış ölkələrindən də geriyə salıb. Bugün Azərbaycanın neftsiz büdcəsi qonşu Gürcüstanın düövlət büdcəsindən azdır. Təbii ki, biz nümunə göstərəndə nəhəng ölkələrin büdcəsinə, ÜDM-inə istinad etmədik. Xırda nümunələrlə göstərmək istədik ki, Azərbyacan inkişaf cədvəlində ən son yerləri tutur. Hətta cırtdan ölkələr də müqayisədə Azərbaycanı xeyli qabaqlayır.
İlham Əliyev isə deyir ki, biz xəritəyə baxanda Azərbaycanı heç bir ölkəylə müqayisə etmək istəmirik. Əslində düz deyir, Azərbaycanla müqayisə olunacaq ölkələr yox səviyyəsindədir. Əhalisinin üçdə bir hissəsi bank girovuna çevrilən, milli valyutası bir ildə 100 faizdən artıq dəyər itirən, minimum əməkhaqqı minimum ehtiyacı ödəməyən, məhkəmə sistemi sıradan çıxarılan, qanunları kağız parçasına çevrilən ölkə tapmaq çox çətindir.
Görünür, İlham Əliyev dünya xəritəsinə baxanda insanların yaşamadığı,  ölkə kimi mövcud olmayan yerlərə baxır və Azərbyacanı müqayisəsiz öndə görür. Yaxud da Azərbaycanın gücünü hansısa zəif şirkətlələ, hansısa ölkənin kiçik qəsəbəsiylə müqayisə edir və nəticə xoşuna gəlir. Bu da mümkündür ki, hökumətimiz dünya ilə müqayisə aparanda məmurların var-dövlətini əsas götürür və bu məsələdə həqiqətən də Azərbaycan şəriksiz liderdi. Hətta ÜDM-i trilyonlarla ölçülən öləklərin hökumət başçıları da şəxsi sərvətin həcminə görə Azərbyacan məmurlarından geri qalır.
Müxtəsər, ölkənin kədərli vəziyyəti insanların üzünə hopsa da, hökumətimiz çox optimistdir və sevinə bilir.

Elnur Mustafazadə

Загрузка...
Загрузка...